“Qarabağ” uduzdu, “Sabah” 5 qolla qalib gəldi - Əvəzedicilər Liqası

ESTAFET/ Bu gün Əvəzedicilər Liqasında 5-ci tura start verilib. İlk gündə 3 görüş baş tutub.
“Sabah-2” “Turan Tovuz-2”, “Səbail-2” isə “Qarabağ-2” üzərində qələbəyə sevinib. “Kəpəz-2” də “Araz-Naxçıvan-2” ilə ev oyununda darmadağına üzülüb.
Əvəzedicilər Liqası
5-ci tur
2 sentyabr 2023
“Sabah-2” – “Turan Tovuz-2” 5:0
Qollar: Ceyhun Nuriyev 35, 61(pen.), Şahmar Aşurov 36, Məhəmməd Əliyev 52, Xəyal Əliyev 84
Bakı. “ASK Arena” 18:00
“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 0:3
Qollar: Tuqay Əlizadə 44, Bayraməli Qurbanov 84, Vüsal Alızadə 88
Gəncə şəhər stadionu (ehtiyat meydança) 17:00
“Səbail-2” – “Qarabağ-2” 3:1
Qollar: Amil Yunanov 18, İftixar İbrahimov 87, Ayaz Mikayılov 90 : Musa Musazadə 41
“Bayıl Arena” 17:00
