"Neftçi" yerli publika önündə fransızları məğlub edərək finala yüksəlib

1 sentyabr Fransada təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində yarımfinal oyunları baş tutub.

Təmsilçimiz "Neftçi" yarımfinal oyununda ev sahibi Fransa millisi ilə qarşılaşıb və rəqibinə 19-14 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

"Neftçi" nin finaldakı rəqibi Niderland millisi olacaq. Görüş Bakı vaxtı ilə saat 00:00 -da baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ