Azərbaycanlı idmançı Özbəkistanda dünya çempionu oldu

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 13-cü WSF dünya çempionatında iştirak edən Azərbaycan idmançıları növbəti uğura imza atıblar.

12-13 yaş qrupunda çıxış edən Seyidəli Fəttahlı (44 kq) 6 döyüşün 6-da da qalıb gələrək, dünya çempionu adına layiq görülüb.

Seyidəli Fəttahlı bundan öncə də bir sıra beynəlxalq və yerli əhəmiyyətli yarışlarda birinciliklər əldə edib.

Yeniyeymə karate ustasının müəllimi məşhur idmançı, dünya və Avropa çempionu Niyazi Əliyevdir. 

Müəllif: Natiq NƏSİROV