Hemilton 2025-dən sonra harda olacağını bilmir

Yeddiqat dünya çempionu, “Mersedes”in pilotu Lüis Hemilton bildirib ki, 2025 mövsümündən sonra da “Formula-1”də qalmaq istəyir:
“Bu iki il üçün hədəf 100 faiz güclə mübarizə aparmaq və çempionatda qələbə qazanmaqdı. İndi biz Mühəndislər kubokunda 2-ci yerdəyik və lideri zirvədən aşırmaq istəyirik. Uzunmüddətli perspektivə gəlincə, növbəti müqavilə haqda düşünürəm: o necə olacaq, hansı müddəti əhatə edəcək... Hələ bir müddət də bu yarışlarda qalmaq niyyətindəyəm”.
38 yaşlı pilot onu da əlavə edib ki, vəziyyət dəyişə və gələn il gedə də bilər:
“Ancaq vəziyyət dəyişə də bilər. Bəlkə gələn il deyəcəm ki, hər şey cəhənnəmə... Kim bilir? Həyatın necə davam edəcəyini heç vaxt bilmirsən, ancaq nəhz indi hər gün pozitiv qalmağa köklənmişəm. Formanı və sağlamlığı qorumaq, həm işdən, həm də həyatdan zövq almaq, ailə həyatı ilə balansı tapmaq lazımdı”.
Xatırladaq ki, Hemilton avqustun sonunda “Mersedes”lə müqavilə müddətini 2025 mövsümünün sonuna qədər uzadıb. Britaniyalı hazırda şəxsi hesabda 164 xalla 4-cü pillədə qərarlaşıb. “Mersdes” isə Mühəndislər kubokunda 2-ci yerdədi.
