Qardaşlar Türkiyə və Portuqaliya klublarının oyununa təyinat aldılar
ESTAFET/ Beynəlxalq dərəcəli həndbol hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər
Onlar qadın həndbolçuların Avropa kuboku turnirinin ikinci mərhələ matçına təyinat alıblar.
Söhbət sentyabrın 23-də Türkiyənin Bodrum şəhərində keçiriləcək “Armada Praksis Yalıkavaspor” –“ADA do Sao Pedro Sul” görüşündən gedir.
Türkiyə və Portuqaliya təmsilçilərinin oyunu “Binnaz Karakaya İdman arenası”nda təşkil olunacaq.