Nazim Umbayev gənclər arasında Avropa çempionatında ədalət təmsilçiləri arasında yer aldı

7-10 sentyabrda Niderlandın Haaqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb.

Nazim Umbayev fərdi yarışlarda oğlanlar arasında -60 kq. və -90 kq. çəki dərəcələrində, qadınlar arasında isə -70 kq. çəkidə bürünc medal uğrunda görüşləri idarə edib.

Qarışıq komanda yarışlarında isə Almaniya və Portuqaliya yığmaları arasında bürünc medal uğrunda olan görüşlərdə ədalət təmsilçiləri arasında yer alıb.

Müəllif: Natiq NƏSİROV