Nizami İmranovdan DÇ-də gümüş medal

Azərbaycanın gənc cüdoçusu Nizami İmranov Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.

60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Yaponiya təmsilçisi Yamato Fukudaya uduzub.

Bu gün mübarizəyə qoşulmuş Aydın Rzayev (66 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva və Xədicə Qədəşova (52 kq) yarışı medalsız başa vurublar.

Müəllif: Natiq NƏSİROV