AÇ-2028-ə ev sahibliyi edəcək ölkələr məlum oldu

ESTAFET/ 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkələr məlum olub.

“Sky Sports”un xəbərinə görə, turnir İngiltərə və İrlandiyada təşkil olunacaq.

Bu, Türkiyə Futbol Federasiyasının namizədliyini geri götürməsindən sonra məlum olub.

Daha əvvəl Türkiyə və İtaliya AÇ-2032-ni birgə təşkil etmək üçün UEFA-ya müraciət etmişdi.

Müəllif: Natiq NƏSİROV