18 YAŞLILARDAN İKİNCİ MƏĞLUBİYYƏT
ESTAFET/ Azərbaycanın 18 yaşlı oğlanlardan ibarət basketbol yığması Avropa Çempionatının C Dvizionunda mübarizəsini davam etdirir.
Bu gün basketbolçularımız qrupda ikinci görüşünü keçirib. Millimiz bu dəfə Polşa yığması ilə qarşılaşıb və parketdən 47:73 (3:24, 7:10, 17:22, 20:17) hesablı məğlubiyyətlə ayrılıblar.
Yığmamızın növbəti görüşü sabah Bakı vaxtı ilə saat 14:45-də Rumıniya yığmasına qarşı olacaq.
Qeyd edək ki, basketbolçularımız qrupdakı ilk görüşündə Portuqaliyalı həmyaşıdlarına 45:75 (13:20, 8:17, 9:20, 15:18) hesabı ilə məğlub olmuşdular.