Boksçumuz Avropa kubokuna qələbə ilə başlayıb

ESTAFET/ Azərbaycan boksçusu Şamil Əskərov Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokuna qələbə ilə başlayıb.
57 kq çəkidə mübarizə aparan yığma üzvü türkiyəli Batuhan Ciftçini mübarizədən kənarlaşdırıb.
O, rəqibini 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Əskərov 1/4 finalda ispaniyalı Qabriel Eskobarla döyüşəcək. Görüş oktyabrın 11-də olacaq.
Rauf Rəhimov (92 kq) isə Emmanuel Reyeslə (İspaniya) qarşılaşıb və rəqib mərhələ adladığından boksçumuz yarışla vidalaşıb.
29 ölkədən 156 boksçunun qatıldığı Avropa kubokunun ikinci günü Azərbaycanın 3 idmançısı rinqə çıxacaq.
