Formula 1-də yeni rekord

ESTAFET/ Formula 1 üzrə dünya çempionatının Niderland Qran Prisində tarixi rekord qeydə alınıb.
Pilotlar, ümumilikdə, 89 dəfə pit-stopa getməklə bunu reallaşdırıb.
Xatırladaq ki, indiyədək rekord 2011-ci ildə yarışın Macarıstan mərhələsində qeydə alınmışdı. Macarıstanda pilotlar 88 dəfə pit-stopa getmişdilər.
Qeyd edək ki, Niderland Qran Prisinin qalibi “Red Bull”un pilotu Maks Ferstapen olub.
