Beydullayevadan dünya çempionatına uğurlu start

ESTAFET/ Sardiniyada şahmatçılar arasında sürətli və blits üzrə dünya çempionatı başlayıb.

Gənc qızlar arasında sürətli şahmatda ilk gününün yekununa əsasən Azərbaycan şahmatçısı Gövhər Beydullayeva liderlər qrupuna daxil olub.

U-20-də dünya çempionu Silvia Bordinini (İtaliya), Sofiya Qrızlovanı (İsveçrə) və Alessia Çiolaçini (Rumıniya) məğlub edib.

Yeniyetmələrin yarışında Məhəmməd Muradlı 2,5 xal toplayıb və səkkizinci yerdədir. O, dünya çempionatına Stefan Prisakaru (Rumıniya) ilə heç-heçə ilə başlayıb, daha sonra Konstantin Andreev (İtaliya) və Noa Fekerini (İsveçrə) məğlub edib.

Müəllif: Natiq NƏSİROV