“Barselona”nın hücumçusu milliyə kömək edə bilməyəcək

ESTAFET/ Lamin Yamal oktyabr ayında keçiriləcək oyunlarda İspaniya millisinə kömək etməyəcək.

Bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, “Barselona”nın və İspaniya millisinin hücumçusu tibbi səbəblərə görə AÇ-2024-ün seçmə mərhələsinin oyunlarında iştirak etməyəcək,

İspaniya millisi Şotlandiya və Norveç yığması ilə qarşılaşacaq.

Müəllif: Natiq NƏSİROV