“Barselona”nın daha bir futbolçusu sıradan çıxdı

ESTAFET/ Futbol üzrə İspaniya millisinin və “Barselona”nın futbolçusu Qavi zədələnib. O, İspaniya millisinin heyətində məşq zamanı sıradan çıxıb.

Buna görə də, yarımmüdafiəçi yığmanın düşərgəsini erkən tərk edib.

19 yaşlı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.

İspaniya millisi növbəti matçlarını Şotlandiya (12 oktyabr) və Norveçə (15 oktyabr) qarşı keçirəcək. Hər iki görüş AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oynanılacaq.

Xatırladaq ki, daha öncə “Barselona”nın digər futbolçusu Lamin Yamal da zədə səbəbindən İspaniya yığmasından ayrı qalmışdı.

Müəllif: Natiq NƏSİROV