CÜDOÇULARDAN DAHA BİR MEDAL
ESTAFET/ Xəbər verdiyimiz kimi, Macarıstanda yeniyetmələrin Avropa Olimpiya festivalı davam edir. Festivalda Azərbaycan cüdoçuları da mübarizə aparırlar.
Bu gün cüdo yarışlarında son gün idi. İki günlük medalsızlıq sindromunu yarışların son günündə 90 kq çəki dərəcəsində güləşən Adil Kərimli sındırıb.
Ardıcıl olaraq holland və rumın rəqiblərini tatamidən başıaşağı yola salan Adil yarımfinala adlayıb. Burada gürcü cüdoçu Mixeil Bekauri ilə bacarmayan Adil 3-cülük görüşünə çıxmalı olub. Kasper Kubyakı (Polşa) ippona salan Adil festivalın bürünc medalını qazanıb.
Ən ağır çəkidə mübarizə aparan Məhəmməd Abdullayev (+90) isə uğursuz çıxış edib. İlk görüşdə polşalı rəqibinə uduzan Məhəmməd onun finala çıxmasına görə təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. Lakin burada da moldovan cüdoçuya məğlub olaraq medalsız qalıb.