UEFA “Fənərbaxça”nın baş məşqçisini cəzalandırdı

ESTAFET/ UEFA "Fənərbaxça"nın baş məşqçisi İsmayıl Kartalı cəzalandırılıb.
Buna "sarı bülbüllər"in Avropa Konfrans Liqasının play-off mərhələsi çərçivəsində keçirilən matçda - "Tvente" ilə cavab qarşılaşmasında meydana gec çıxması səbəb olub.
İstanbul nəhəngi meydana nəzərdə tutulan vaxtdan 1 dəqiqə gec çıxdığı üçün Kartal 1 oyunluq şərti cəza alıb. Sınaq müddəti isə 1 il təyin edilib. Sözügedən mütəxəssis 25 min, "Fənərbaxça" isə 28 min avro cərimə ödəyəcək.
