MACARISTAN QRAN PRİSİ 2017 - FORMULA 1

ESTAFET/ Bu gün Formula 1 yarışlarında mövsümün on birinci mərhələsi olan Macarıstan Qran Prisi başa çatıb. Sizləri Hunqarorinq trasında qeydə alınan nəticələrlə tanış edirik.   

 

FORMULA-1: PIRELLI MAGYAR NAGYDİJ 2017

Tarix

Trass

Dövrə uzunluğu

Dövrə sayı

Məsafə

28-30.07.2017

Hunqarorinq

4 381 m

70

306.630 km

GÜNƏŞLİ, QURU. HAVA +30...31 C, TRASS +55...52 C

 

Görünür Silverstounda "Mercedes" komandasının dubl etməsi Hunqarorinq trasında "Ferrari" üçün bir stimul rolunu oynayıb. Belə ki, Macarıstanda ilk pilləni komandanın alman pilotu, 2 dəfə Dünya çempionu Sebastyen Fettel 1.39:46:713 vaxt göstəricisi ilə qazandı. Qeyd edək ki, bu, Fettelin karyerasında 46-cı, mövsümdə isə 4-cü qələbəsidir. Onun komanda yoldaşı, fin pilot Kimi Raykkonen +0,908 saniyə geriliklə podiumun ikinci pilləsində qərarlaşaraq "Ferrariyə" mövsümdə ikinci dubl gerçəkləşdirməyə kömək edib. Kiminin həmyerlisi, "Mercedes"in pilotu Valtteri Bottas liderdən +12.462 saniyə geriliklə finişi üçüncü keçib.   
 
 
Mərhələnin ən yaxşı dövrəsini "McLaren" pilotu Fernando Alonso edib: 1:20.182 (69-cu dövrədə 196.697 km.s)
 
Yürüşün nəticələri: 
Pilot Komanda Vaxt Sürət  Pit 
1  Fettel  Ferrari  1.39:46.713  184.386  1 
2  Raykkonen  Ferrari  +0.908  184.358  1 
3  Bottas  Mercedes  +12.462  184.003  1 
4  Hemilton  Mercedes  +12.885

 183.990

 1 
5  Ferstappen  Red Bull  +13.276  183.978  1 
6  Alonso  McLaren  +71.223  182.218  1 
7  Sayns  Toro Rosso  +1 dövrə  181.458  1 
8  Peres  Force India  +1 dövrə  181.427  1 
9  Okon  Force India  +1 dövrə  181.163  1 
10  Vandorn  McLaren  +1 dövrə  181.145  1 
11  Kvyat  Toro Rosso  +1 dövrə  180.913  1 
12  Palmer   Renault  +1 dövrə  180.899  1 
13  Maqnussen*  Haas  +1 dövrə  180.801  1 
14  Stroll  Williams  +1 dövrə  180.186  1 
15  Verlyayn  Sauber  +2 dövrə  178.367 2
16  Erikson  Sauber  +2 dövrə  177.851 2
17  Hyulkenberq  Renault  +3 dövrə  180.090 1
* Hyulkenberqlə yaşadığı insident səbəbindən Maqnussen 5 saniyəlik cəzalandırılıb. 
 
MÖVSÜMÜN 11 MƏRHƏLƏSİNDƏN SONRAKI SIRALAMALAR
 
Şəxsi birincilik - TOP 10
Pilot Ölkə Komanda Xal
1  Fettel
 Scuderia Ferrari 202
2  Hemilton
 Mercedes AMG  188
3  Bottas
 Mercedes AMG  169
4  Rikkardo  Red Bull Racing 117
5  Raykkonen  Scuderia Ferrari 116
6  Ferstappen  Red Bull Racing 67
7  Peres
 Sahara Force India 56
8  Okon  Sahara Force India  45
9  Sayns  Scuderia Toro Rosso 35
10  Hyulkenberq  Renault Sport 26
 
 
Konstruktorlar (Mühərrik) Kuboku - TOP 5
   Komanda  Mühərrik  Xal
 1   Mercedes AMG Petronas  Mercedes 357
 2   Scuderia Ferrari  Ferrari 318
 3   Red Bull Racing  TAG Heuer 184
 4   Sahara Force India  Mercedes 101
 5   Williams Martini Racing  Mercedes 41