ZƏLİM QIZIL, NAİM BÜRÜNC QAZANDI
ESTAFET/ Almaniyanın paytaxtı Berlin şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına yekun vurulub.
Mötəbər yarışın sonuncu günündə cüdoçularmız daha 2 medal qazanıblar.
100 kq çəki dərcəsində mübarizə aparan Zelim Kotsiyev bütün rəqiblərindən güclü olaraq Berlində növbəti dəfə Azərbaycan bayrağını dalğalandırıb. Digər təmsilçimiz Naim Hüseynov (81 kq) Avropa kubokunun bürünc medalına sahib olub. Vurğulayaq ki, bürünc uğrunda keçirilən görüşdə Naimin rəqibi digər təmsilçimiz Samir Ağayev olub.
Qeyd edək ki, 37 ölkədən 513 (317 oğlan, 196 qız) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunub.