Ançelotti Tonali və Facolinin müalicəyə ehtiyacı olduğunu bildirdi

ESTAFET/ “Real” italyan baş məşqçisi Karlo Ançelotti, ilkin məlumatlara görə, qumar asılılığından əziyyət çəkən Sandro Tonali və Nikolo Facoliyə qarşı qanunsuz mərc oyunlarında iştirakla bağlı iddialara münasibət bildirib.

Ançelottinin bu barədə fikirləri aşağıdakı kimidir:

“Bu, ciddi səhv idi, bu futbolçular qaydasında deyillər, onların müalicəyə ehtiyacı var. Elmi baxımdan qumar asılılığı bir xəstəlikdir”.

Müəllif: Zaur HACIYEV