Azərbaycan yığması Avropa çempionatının gümüş medalını qazanıb

Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında temp hərəkətləri proqramında gümüş medal qazanıb.

Çempionatda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynova ibarət qadın qrupu (böyüklər), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupu (gənclər), Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü təmsil edir.

Müəllif: Natiq NƏSİROV