Azərbaycan çempionatlarında yeni mövsümün püşkü atıldı

ESTAFET/ Voleybol üzrə Azərbaycan çempionatlarında 2023/2024 mövsümünün püşkü atılıb.

Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev iştirak ediblər.

Püşkatma və çempionat oyunlarının keçirilmə qaydaları barədə məlumat verilib. Daha sonra isə püşk atılıb.

Qadınlar

"Milli Aviasiya Akademiyası" - "Gəncə"
"Azərreyl" - UNEC
"Murov Az Terminal" - "Abşeron"

Kişilər

"Azerreyl" - "Xarı Bülbül" (Laçın)
MOİK - "Xarı Bülbül" (Şuşa)
"Neftçi" - "Murov Az Terminal"

Müəllif: Bəhruz MƏMMƏDOV