“Qəbələ”nin futbolçuları cəzalandılar

ESTAFET/ AFFA İntizam Komitəsinin iclası keçirilib. Premyer Liqanın 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilib.

“Turan Tovuz” – “Qarabağ” oyunu bitdikdən sonra meydanaçaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.

“Səbail” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilib.

“Kəpəz” – “Zirə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilib.

“Sabah” – “Sumqayıt” oyununun 78-ci dəqiqəsində “Sabah” klubunun meneceri İlqar İsrafilov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sabah” klubu 1000 manat cərimə edilib.

“Qəbələ” – “Araz-Naxçıvan” oyununun 29-cu dəqiqəsində “Qəbələ” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ” klubu 800 manat cərimə edilib.

“Qəbələ” – “Araz-Naxçıvan” oyununun 60-cı dəqiqəsində “Qəbələ” klubunun 72 nömrəli futbolçusu Osama Xalayla ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ” klubu 500 manat cərimə edilib.

Müəllif: Məsim MƏSİMZADƏ