“Sumqayıt”ın hakimi təhqir edən futbolçusuna 4 oyunluq cəza

ESTAFET/ AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda Əvəzedicilər Liqasının 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qəbələ-2” – “Araz-Naxçıvan-2” oyununda “Qəbələ-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ-2” komandası 70 manat cərimə edilib.

“Səbail-2” – “Neftçi-2” oyununun 84-cü dəqiqəsində “Səbail-2” komandasının 64 nömrəli futbolçusu Tofiq Bayramov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Səbail-2” komandası 50 manat cərimə edilib.

“Sabah-2” – “Sumqayıt-2” oyununda “Sabah-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilib.

“Sabah-2” – “Sumqayıt-2” oyununun 90+3-cü dəqiqəsində “Sabah-2” komandasının 53 nömrəli futbolçusu Fəxri Məmmədli ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Sabah-2” komandası 50 manat cərimə edilib.

“Sabah-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilib.

“Sabah-2” – “Sumqayıt-2” oyununun 87-ci dəqiqəsində “Sumqayıt-2” komandasının 38 nömrəli futbolçusu Said Əliyev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Sumqayıt-2” komandası 50 manat cərimə edilib.

“Sabah-2” – “Sumqayıt-2” oyunu bitdikdən sonra “Sumqayıt-2” komandasının 66 nömrəli futbolçusu Ruslan Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Sumqayıt-2” komandası 300 manat cərimə edilib.

Müəllif: Orxan NOVRUZOV