"SUMQAYIT" YENİDƏN BİR ARADA

ESTAFET/ "Sumqayıt" Futbol Klubu 2017/2018 futbol mövsümü üçün hazırlıqlara start verib. Bolu bölgəsində keçirilmiş təlim-məşq toplanışından sonra 3 gün müddətinə istirahətə buraxılmış komanda bu gün saat 18:30-da ilk məşqinə çıxıb.

 

Əsasən toplu çalışmalar və taktiki gedişlərə üstünlük verilən məşq prosesi təxminən 1,5 saat müddətində davam edib.

 

"Sumqayıt" çempionatın startınadək gündə bir dəfə olmaqla, Sumqayıt şəhərində məşqlərini davam etdirəcək.