Krivotsyukun komandasından səfərdə heç-heçə

ESTAFET/ Futbol üzrə Cənubi Koreya çempionatında 35-ci turun oyunları keçirilib.

Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Suvon”la qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 2:2.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Daejeon” hazırda 47 xalla 8-ci pillədə qərarlaşıb.

Müəllif: Zaur HACIYEV