Ferstappen şəxsi rekordunu yenilədi

ESTAFET/ Oktyabrın 29-da Formula 1 üzrə dünya çempionatının 20-ci mərhələsi çərçivəsində Meksika Qran Prisi baş tutub.
Yürüşün qalibi “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen olub.
Bu qələbə cari çempionluğu vaxtından əvvəl təmin etmiş Ferstappen üçün mövsümdə 16-cı olub. Bununla da, niderlandlı pilot Formula1-də keçən il müəyyən etdiyi bir mövsümdə qazandığı qələbələrin sayına görə öz şəxsi rekordunu yeniləyib.
Bundan əlavə, üçqat dünya çempionu karyerasında 51-ci qələbəsini qazanmağı bacarıb.
