TAEKVONDO ÜZRƏ QRAN PRİ SERİYASI BAŞLAYIR
ESTAFET/ Taekvondo növü üzrə Qran-Pri seriyasına start verilir. İlk olaraq Rusiyanın Moskva şəhərində 4-6 avqust trixlərində keçiriləcək seriya daha sonra ardıcıl olaraq Rabat (Mərakeş), London (Böyük Britanıya) şəhərlərində, final mərhələsi isə Fildişi Sahilinin de-fakto paytaxtı olan Abicanda təşkil ediləcək.
G4 kateqoriyalı beynəlxalq yarışda böyüklərdən ibarət milli yığma komandamız bu dəfə 5 taekvondoçu ilə təmsil olunacaq. Təlim-məşqləri başa vuran komandamız artıq Moskva şəhərindədir. Yarışda kişilərdən 58 kq çəki dərəcəsində Qaşım Maqomedov, Məhəmməd Məmmədov və Ayxan Tağızadə (hər ikisi 68 kq), Ramin Əzizov (+80 kq) qadınlardan isə Fəridə Əzizova (67 kq) mübarizə aparacaq.
Qyed edək ki, qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalı əlavə etmiş olacaq.