TÜRKAN GÜMÜŞ, LEYLA BÜRÜNC MEDAL QAZANDI: GDÇ-2017

ESTAFET/ Finlandiyanın Tampare şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. Azərbaycanın da təmsil olunduğu mundialda bu gün qadın güləşçilərin son mübarizə günüdür.

 

Qeyd edək ki, Azərbaycan gənc qızların mübarizəsində 2 nəfərlə - Türkan Nəsirova (48 kq) və Leyla Qurbanova (55 kq) ilə təmsil olunurdu və hər 2 təmsilçimiz bu gün döşək üzərinə çıxıblar. Hər iki güləşçimizin çıxışı uğurlu alınıb - Türkan qızıl, Leyla isə bürünc uğrunda güləşəcək.  

 

Təmsilçilərimizin görüşlərini və nəticələrini təqdim edirik.

 

48 kq: Türkan Nəsirova - gümüş medal
1/16 final: 
Türkan NəsirovaKim Marlies Qmeyner (AUT) 6:0 tuşe 
1/8 final: 
Türkan NəsirovaZeynep Yetgil (TUR) 12:2

1/4 final: Türkan Nəsirova - Marina Zakşevskaya (KAZ) 11:6  
Yarımfinal: 
Türkan NəsirovaSarra Hamdi (TUN) 13:4
FİNAL: 
Türkan Nəsirova - Kika Kaqata (JPN) 0:4 tuşe  

 

55 kq: Leyla Qurbanova -

1/8 final: Leyla Qurbanova - Eunyounq Park (KOR) 6:0 tuşe

1/4 final: Leyla Qurbanova - Sae Nanjo (JPN) 0:10

Təsəlliverici: Leyla Qurbanova - Tamara Dollak (HUN) 15:7

Bürünc medal üçün: Leyla Qurbanova - Olena Kremzer (UKR) 3:0 tuşe