Anna Yusupova Balkan çempionatında 2-ci oldu

ESTAFET/ Azərbaycan millisinin üzvü Anna Yusupova Yunanıstanda keçirilən 40-cı Afina Marafononunda uğurlu çıxışla yadda qalıb.
Atletimiz Afinada təşkil olunan yarışı 2:49:54 göstərici ilə başa vurub. Bu nəticə ilə Anna Yusupova Marafon çərçivəsində keçirilən Balkan çempionatında 2-ci yeri tutub.
Qeyd edək ki, Afina Marafonu dünyada ən çətin marafonlardan biri hesab edilir. Burada yüksəkliklərin çox olması mübarizəni daha da çətinləşdirir.
