MOSKVA QP - İLK GÜN MEDALSIZ QALDIQ: MÜKAFATÇILAR
ESTAFET/ Xəbər verdiyimiz kimi, Taekvondo üzrə Qran-Pri seriyasına start verilib.
Taekvondoçular ilk olaraq Moskva (Rusiya) Qran Prisindən mübarizəyə başlayıblar. Bu gün 3 çəki dərəcəsində - qadınlarda 67 və +67 kq, kişilərdə +80 kqda qalib və mükafatçılar müəyyənləşib.
Tımsilçilərimizdən bu gün dayanq üzərinə Ramin Əzizov (+80 kq) və Fəridə Əzizova (67 kq) çıxıblar. Təəssüf ki, heç biri nüfuzlu turnirin mükafatçıları sırasına düşə bilməyiblər.
Fəridə 1/8 final mərhələsində Rabia Guleçlə (Almaniya) qarşılaşıb və qızıl xalla qalib gələrək 1/4 finala yüksəlib. Lakin burada turnirin finalçısı olacaq Nur Tatarla (Türkiyə) bacarmayıb - 8:11 və mübarizəni dayandırıb.
Ramin isə 1/16 final mərhələsindən mübarizəyə başlayıb və burada türk taekvondoçu Serdar Yükseli 13:10 hesabı ilə məğlub edib. 1/8 finalda qabonlu Entoni Obameni 4:2 hesablı qələbə ilə keçən Ramin 1/4 finalda koreyalı Kyo Don-in qarşısında aciz qalıb - 0:12.
Qran-Prində ilk günün qalib və mükafatçıları isə aşağıdakı kimi formalaşıb.
Qadınlar 67 kq
1. Rut Qbaqbi (CIV)
2. Nur Tatar (TUR)
3. Hyeri Oh (KOR)
3. Peyc McFerson (USA)
Qadınlar +67 kq
1. Bianka Uolkden (GBR)
2. Biç Na Kim (KOR)
3. Olqa İvanova (RUS)
3. Da Bin Li (KOR)
Kişilər +80 kq
1. Roman Kuznetsov (RUS)
2. Kyo Don İn (KOR)
3. Yuriy Kiriçenko (RUS)
3. Vedran Qoleç (CRO)
Qeyd edək ki, qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalı əlavə etmiş olacaq.