Mingəçevir şəhərində kanoe məşqçiləri üçün beynəlxalq dərəcəli texniki kurs başa çatıb

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Kanoe Federasiyasının (ICF) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə 10-17 noyabr tarixlərində həyata keçirilən məşqçilər üçün 1-ci dərəcəli kurs başa çatıb.
Level 1 kurslarında ölkəmizin müxtəlif bölgələrindən ümumilikdə 17 nəfər məşqçi iştirak edib. Azərbaycanda ilk dəfədir ki, bu idman növü üzrə level kursları həyata keçirilib.
Bağlanış mərasimində MOK-un Beynəlxalq proqramlar idarəsinin rəhbəri Mehman Kərimov, AKAF-ın Baş katibi Fərhad Əliyev, ICF-in məşqçi-instruktoru Aleksandar Petrovic iştirak ediblər.
Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara beynəlxalq federasiya tərəfindən göndərilən sertifikatlar təqdim olunub.
