Gimnastlarımız gümüş medal qazandılar

Azərbaycan yığma komandasının üzvləri Samirə Hüseynova və Ayan Şabanova (batut gimnastikası) Böyük Britaniyanın Birminqem şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışında sinxron proqramda gümüş medal qazanıb. Qeyd edək ki, bu nəticə qadınlar arasında sinxron proqramda Azərbaycan gimnastika tarixində dünya yaş qrupları yarışında qazanılan ilk nailiyyətdir.
