Azərbaycan təmsilçisi sonuncu oyunda məğlub oldu

ESTAFET/ Kişi basketbolçulardan ibarət "Sabah" komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə sonuncu matçına çıxıb.

Ölkə çempionu 6-cı turda Çexiyanın "Nimburk" klubunu qəbul edib.

Qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə bitib - 89:97.

"Sabah" növbəti mərhələ şansını əvvəlki turlarda itirmişdi.

Müəllif: Məsim MƏSİMZADƏ