DÜNYA KUBOKUNUN PÜŞKÜ ATILDI

ESTAFET/ Şahmatsevərlərin səbirsizliklə gözlədikləri və 2-28 sentyabr tarixlərində Tbilisidə keçiriləcək şahmat üzrə Dünya Kubokunun püşkü atılıb.


Artıq Kubokun 128 iştirakçısı öz rəqiblərini tanıyır. Nüfuzlu turnirdə ölkəmizi təmsil edəcək qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov (2797) və Teymur Rəcəbov (2742) da ilk turdakı rəqiblərinin kimliyini öyrəniblər. Belə ki, yığmamızın lideri Şəhriyar Çin şahmatçısı Quançu Liu (2451) ilə, Teymur isə Farer adaları təmsilçisi Helgi Dam Ziska (2544) ilə Kuboka start verəcəklər.

 

Qeyd edək ki, püşkün nəticəsinə görə şahmatşılarımız uğurlu çıxış fonunda bir-biri ilə yalnız finalda qarşılaşa bilərlər.

 

Püşkatma cədvəli ilə buradan tanış ola bilərsiniz.