ISSF-in Baş Assambleyasından öncə İdarə Heyətinin iclası keçirilib

ESTAFET/ İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasından öncə keçirilən İdarə Heyətinin 36-cı iclası “Zoom” proqramı üzərindən onlayn şəkildə təşkil olunub.

İclasda MOK-un və ISSF-in vitse-prezidenti Çingiz Hüseynzadənin də iştirakı ilə Baş Assambleyanın gündəliyindəki bir çox məsələ barədə danışılıb.

Görüşdə İdarə Heyətinin 35-ci iclasının protokolunun təsdiqi, ISSF Əsasnaməsində dəyişikliklər, növbəti İslamiadaya ev sahibliyi ilə bağlı hesabat, eləcə də 2029-cu ildə 7-ci dəfə təşkil olunacaq analoji yarışa ev sahibliyi və ISSF-nin yeni loqosu üçün təkliflər müzakirə olunub.

Daha sonra baş katibliyin 2023-cü ilin mart-noyabr ayları üzrə hesabatı, ISSF-nin gələcək strategiya planı, 2024-cü il üçün maliyyə planı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Müəllif: Estafet.az