GÜLƏŞÇİLƏR MƏŞQLƏRƏ BAŞLADILAR

ESTAFET/ Güləş üzrə ölkə yığma komandaları nəhayət ki, qarşıdan gələn Dünya çempionatına hazırlıqlarına start veriblər. 

 

Yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirir.

 

Qeyd edək ki, Dünya çempionatı 21-26 avqust tarixlərində Fransanın paytaxtı Paris şəhərində başa tutacaq. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaq.