“Qarabağ” “Molde”yə qarşı

ESTAFET/ “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti matçına çıxır.

Azərbaycan çempionu səfərdə Norveçin “Molde” komandası ilə üz-üzə gələcək.

“Molde” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Bu gün qrupun digər matçında “Hakken” (İsveç) doğma meydanda “Bayer”lə (Almaniya) üz-üzə gələcək.

Avropa Liqası
H qrupu

30 noyabr 2023

00:00. “Molde” - “Qarabağ”
Baş hakim: Erik Lambrexts (Belçika).
“Molde” stadionu.

Müəllif: Orxan NOVRUZOV