"Sabirabad Gənclər evi"ndə Əli Cəfərli fəxri fərman və təşəkkürnamə ilə təltif olunub
Özbəkistanın Daşkənd şəhərində keçirilən Şotokan Karate Do üzrə 13-cü Dünya Çempionatında fərqli yaş və çəki qruplarından olan idmançılarımız Azərbaycanı təmsil ediblər. Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan və digər ölkələrin iştirak etdiyi Çempionatda 38 ölkədən 5800 idmançı yarışıb. Vətənə uğurla qayıdan idmançılarımızdan biri də "Sabirabad Gənclər evi"nin fəal üzvü və könüllüsü, "Zərbə Karate Do" klubunun tələbəsi Əli Cəfərovdur.
6 yaşından etibarən karate do məşqlərinə başlayan idmançımız bir çox beynəlxalq yarışlarda və respublika daxili turnirlərdə müvəffəqiyyət qazanıb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan karate üzrə ənənəvi “Olimpiya ümidləri” beynəlxalq turnirində 2-ci yer qalibi olaraq gümüş medalla mükafatlandırılıb.
Şotokan Karate Do üzrə 13-cü Dünya Çempionatında 12-13 yaş, -56 kq çəki kateqoriyasında yarışan idmançımız bürünc medalla vətənə qayıtmışdır. Bu münasibətlə "Sabirabad Gənclər evi"ndə Əli Cəfərli fəxri fərman və təşəkkürnamə ilə təltif olunmuşdur. Başda Əli Cəfərli və məşqçisi Amid Əlizadə olmaqla Çempionatda uğur qazanan bütün idmançılarımızı və əməyi olan məşqçilərimizi təbrik edir, onlara qarşıdakı yarışlarda da uğur qazanmalarını diləyirik.