"QARABAĞ" - "KOPENHAGEN": 15 AVQUST, SAAT 20:00

ESTAFET/ UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunların başlama saatı açıqlanıb.
"Qarabağ"la “Kopenhagen” arasında avqustun 15-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş 20:00-da start götürəcək.
Xatırladaq ki, bu komandalar arasındakı cavab qarşılaşması avqustun 23-ü Danimarkada keçiriləcək.
