Renatın komandası növbəti mərhələdə

ESTAFET/ Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Türkiyə kubokunda növbəti oyununa çıxıb.

Sözügedən komanda kubokun 4-cü mərhələsi çərçivəsində Türkiyə 2-ci liqa təmsilçisi "Düzcespor"u qəbul edib və 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Dadaşov oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 59-cu dəqiqədə meydana çıxıb.

Müəllif: Orxan NOVRUZOV