“Real” qışda Kilian Mbappe ilə anlaşmağa çalışacaq

ESTAFET/ “Real” gələn ilin yayında hücumçu Kilian Mbappe ilə futbolçunun “Kral klubu”na transferi ilə bağlı razılığa gəlməyə çalışacaq.

Fransalı ulduza təkliflə bağlı qərar qəbul etmək üçün 15 gün vaxt veriləcək.

Mbappe yanvarın 1-dək PSJ ilə yeni müqavilə imzalamasa, “Real” hücumçunun nümayəndəsi ilə əlaqə saxlayıb təklifini irəli sürəcək. Kilianın buna cavab verməsi üçün yanvarın 15-nə qədər vaxtı olacaq. Madrid təmsilçisi artıq uzun danışıqlar aparmaq istəmir.

Xatırladaq ki, daha əvvəl PSJ-nin prezidenti Nasser Əl-Xelaifinin Kilian Mbappe ilə müqaviləni uzatmaq üçün iki şərtə müraciət etdiyi barədə məlumat yayılmışdı.

Əl-Xelaifi Mbappenin PSJ-də qalmaqla Liqa 1-in ən sərrast futbolçusu ola biləcəyini və bununla da klubun əfsanəsinə çevrilə biləcəyi məqamını qabartmış, həmçinin 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Fransa yığmasının heyətində yer ala biləcəyi haqda təminatı irəli sürmüşdü.

Müəllif: Orxan NOVRUZOV