Yığmamız son oyununda da məğlub oldu

ESTAFET/ 18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son oyununa çıxıb.

Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda beşinci matçında meydan sahibləri ilə qarşılaşıb.

Görüş gürcüstanlıların 3:2 (26:24, 23:25, 23:25, 25:19, 15:5) hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz çempionatın əvvəlki oyunlarında Polşa, Ukrayna və Latviyaya 0:3, Estoniyaya 1:3 hesabı ilə uduzub.

Müəllif: Bəhruz MƏMMƏDOV