“Neftçi” bu qış Türkiyədə hazırlaşacaq

ESTAFET/ “Neftçi” qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Klubun mətbuat xidmətinin məlumatına görə, hazırlıq Antalya şəhərindəki Belek bölgəsində təşkil olunacaq.

2024-cü il yanvarın 4-dən 14-dək “Gloria Sport Arena”da məskunlaşacaq kollektiv bu müddət ərzində 2 yoxlama matçı keçirəcək. Oyunların təqvimi və rəqiblər hələ ki bəlli deyil.

“Neftçi” Azərbaycan Premyer Liqasında 17 turdan sonra 25 xalla 5-ci pillədə qərarlaşıb.

Müəllif: Natiq NƏSİROV