“Napoli” yarımmüdafiəçisi Elif Elması satdığını təsdiqlədi

ESTAFET/ “Napoli”nin yarımmüdafiəçisi Elif Elmas qış transfer pəncərəsində Neapolu tərk edəcək.
Bu məlumatı klubun prezidenti Aurelio De Laurentiis də təsdiqləyib:
“Mən artıq Elması satmışam”, deyə prezident bildirib.
Elif Elmas “Leypsiq”ə keçəcək. Artıq futbolçu ilə alman klubu arasında bütün şərtlər razılaşdırılıb. Almanlar Elmasın müqabilində italyanlara 25 milyon avro məbləğində pul ödəyəcəklər.
