Böyük futbol beşliyi ölkələri Super Liqaya qarşıdırlar

ESTAFET/ Avropa Məhkəməsinin Super Liqanın qanuniliyini tanımasından sonra, UEFA bayrağı altında olan milli federasiyalar qitə futbol qurumuna münasibətdə öz mövqeyini qoruyublar.
Böyük futbol beşliyi ölkələrinin başda milli futbol qurumları və milli liqaların rəhbərliyi olmaqla, Super Liqaya qarşı mövqe tutublar.
Artıq İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Fransa Liqa 1-i Super Liqa ideyasını dəstəkləmədiklərini açıq şəkildə rəsmən bildiriblər.
