“Sabah” “Qəbələ”yə məğlub oldu

ESTAFET/ Bu gün Misli Premyer Liqasında 18-ci tura start verilib. İlin son turunun ilk oyunu Qəbələdə keçirilib.

Çempionatın aşkar autsayderinə çevrilən “Qəbələ” doğma meydanda “Sabah”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Bu turun “Turan Tovuz” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Səbail” oyunları sabah, “Neftçi” – “Kəpəz” və “Zirə” – “Qarabağ” görüşləri isə 24 dekabrda baş tutacaq.

Misli Premyer Liqası
18-ci tur

22 dekabr 2023

“Qəbələ” – “Sabah” 1:0
Qol: Murad Musayev 45+2.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Qəbələ şəhər stadionu, 16:00.

Qəbələ: 13. Kristof Atanqana, 28. Murad Musayev (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 10. Omar Hani.
Baş məşqçi: Elmar Baxşıyev.
Sabah: 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 24. Maruan Hadudi, 19. Emmanuel Apeh, 28. Kahim Parris, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.

Müəllif: Bəhruz MƏMMƏDOV