Stolüstü tennisçilərin ölkə turniri başa çatıb
Kiçik yaşlı yeniyetmə stolüstü tennisçilər arasında ölkə turnirinə yekun vurulub. “Şüa” idman kompleksində keçirilən yarışın nəticələrinə əsasən qızların mübarizəsi Mehri Aslanzadənin qələbəsi ilə başa çatıb. Nailə Nəzirova ikinci, Fərəh Hidayətzadə ilə Sofiya İlyasova üçüncü yeri tutub.
Oğlanların yarışında isə Əliəkbər Mirzəliyev bütün rəqiblərini üstələyib. O, finalda Saleh Hümbətova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həzrət Kamilovla Cəfər Almədədli üçüncü yerlə kifayətlənib. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.
Qeyd edək ki, budəfəki yarışda Bakı, Sumqayıt, Şabran, Şəki, Şirvan, Salyan, Qax və Qobustandan üzmumilikdə 100-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.