Premyer Liqada ilin rəmzi komandası

ESTAFET/ İngiltərə Premyer Liqasında 2023-cü ilin rəmzi komandası müəyyənləşib.

“Mançester Siti” və “Arsenal” “11-lik”də daha çox futbolçu ilə təmsil olunub.

Adı çəkilən komandaların hərəyə üç üzvü heyətə düşüb. Əvəzində “Mançester Yunayted”dən heç kim buna layiq görülməyib.

Premyer Liqada ilin rəmzi komandası:

Qapıçı: Emiliano Martines (“Aston Villa”);

Müdafiəçilər: Kayl Uoker (“Mançester Siti”), Uilyam Saliba (“Arsenal”), Ezri Konsa (“Aston Villa”), Den Bern (“Nyukasl”);

Yarımmüdafiəçilər: Rodri (“Mançester Siti”), Deklan Rays, Martin Edeqor (hər ikisi “Arsenal”);

Hücumçular: Məhəmməd Salah (“Liverpul”), Erlinq Haland (“Mançester Siti”), Son Hın Min (“Tottenhem”). 

Müəllif: Orxan NOVRUZOV