AZƏRBAYCAN ÇEMPİONATLARININ BOMBARDİRLƏRİ

ESTAFET/ Bu həftə Topaz Premyer Liqasında 2017/18 mövsümünə start veriləcək. Peşəkar Futbol Liqasının rəsmi internet saytı 26-cı ölkə çempionatı öncəsi yarışın ən məhsuldar futbolçularının siyahısını müəyyənləşdirib. Cədvəldə əvvəlki 25 çempionatda 50 və daha artıq qol vuranlar yer alıb. İndiyədək 34 oyunçu bunu bacarıb. Onlardan 10-u 100-ü də arxada qoyub.

 

Nəticəsi ləğv olunan və yarımçıq qalan görüşlərdəki qollar nəzərə alınmamaqla tərtib edilən siyahıya Nazim Əliyev başçılıq edir. Azərbaycan çempionatlarının ən yaxşı bombardirinin hesabında 183 qol var. Müşfiq Hüseynov 125 qolla 2-ci, Rövşən Əhmədov 116 topla 3-cüdür. 50 və daha çox qol vuran futbolçular arasında iki legioner də yer alıb. Badri Kvaratsxeliya 72, Georgi Adamiya 61 dəfə fərqlənib.