İspaniya Super Kuboku "Real"ın oldu

ESTAFET/ İspaniya super kubokunda final oyunu keçirilib.

Səudiyyə Ərəbistanında oynanılan həlledici matçda "Real" və "Barselona" üz-üzə gəlib.

Matç Madrid klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Real" tarixində 13-cü dəfə super kuboku qazanıb. "Barselona" 14 kubokla turnirin rekordçusu olaraq qalır.

Real - Barselona 4:1
Qollar: Vinisius Junior 7, 10, 39 (pen.), Rodriqo 64 : Levandovski 33

Müəllif: Orxan NOVRUZOV